4.01.1999-cu ildə Azərbaycan Respublikasının təhsil Naziri, prof. M.Mərdanov respublikamızın ali təhsil müəssisələrində «Tələbə Şura»larının yaradılması haqqında əmr imzaladı. Hər bir müəssisənin öz nizamnəməsi tərtib olundu. Xalqımızın ümummilli lideri H.Ə.Əliyevin fərmanı ilə Sumqayıt Dövlət Universiteti yaradıldıqdan sonra Tələbə Şurasının nizamnaməsi yenidən nəzərdən keçirildi. Universitet strukturuna uyğun şəkildə tərtib edilərkən təsdiq olundu. SDU-nun Tələbə Şurası (TŞ) demokratik tələbə özünüidarəetmə sisteminin səmərəli fəaliyyət göstərməsi, universitet rektorluğu və tələbələr arasında sıx əlaqənin yaradılması, tələbəlrin idarə etməyə cəlb edilməsi onlarda təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcılıqların inkişafı, tədris prosesinin və elmi işin təşkili sahəsində qabaqcıl təcrübənin ümumiləşdirilib yayılması, ali məktəbin respublikanın ictimaisiyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə yaradılmışdır. TŞ-nın üzvlərindən ibarət tədris, elmi, ictimaimədəni sahələr üzrə işçi komissiyalar təşkil edilmişdir. Bu işçi komissiyalar iş sahələrinə uyğun olaraq SDU-nun prorektorları ilə sıx əlaqələr saxlayır və fəaliyyət göstərir. Universitetin TŞ-nın tərkibinə hər fakültənin TŞ-nın sədrləri ilə və onlardan əlavə 2 nəfər tələbə üzvlüyə qəbul olunur. Ümumilikdə Universitet Tələbə Şurasının tərkibi Universitet TŞ-nın sədri və hər fakültədə 7 nəfər üzvdən ibarətdir. 1999-2006-cı illərində TŞ-ya Universitetin ictimai-mədəni işlərində yaxından iştirak edən Qurbanova Şəlalə Mehdi qızı sədrlik etmişdi. TŞ-nın yaradılıb inkişaf etməsində onun xidmətləri təqdirə layiqdir. Yarandığı gündən TŞ müxtəlif tədbirlərin yaradılmasında və həyata keçməsində fəal iştirak edir. TŞ-nın təşəbbüsü ilə Universitetdə radio qovşağı yaradıldı. Bu təşəbbüs tələbələr arasında rəğbətlə qarşılandı. 1998-ci il sentyabr ayında «Azərbaycan qadınlarının ilk Qurultayında» Qurbanova Ş.M. TŞ-nın nümayəndəsi kimi çıxış etmişdir. 1999-2003-cü illərdə Azərbaycan gənclərinin II və III formunda Qurbanova Ş.M. SDU-nu eləcə də TŞ-nı təmsil etmişdir. 2000-ci ildə TŞ-nın üzvlərinin topladığı məlumat və materiallar əsasında Ş.Qurbanovanın redaktorluğu ilə Universitetin «Tələbə dünyası» adlı qəzet işıq üzü gördü.
Tələbə Şurası ənənəvi olaraq hər il Universitetdə «7 sual, 7 cavab» adlı bilik yarışı təklif edir. Bundan əlavə Respublikamızda keçirilən olimpiyadalara, konfranslara, turnirlərə tələbələrin seçilib göndrilməsini təşkil edir.
2001-ci ildə Tələbə Şurasının qızlardan ibarət «Nostalji» komandası yaradılmışdı. Bu komanda 2002-ci ildə Təhsil Nazirliyi tərəfindən Respublika üzrə keçirilən «7 gözəl» qızlar üçün intellektual - əyləncəli teleoyunun çempiyonu olmuşdur. Bu səbəbdən də Təhsil Nazirliyinin fəxri fərmanma və müxtəlif diplomlara layiq görülmüşdülər. Komanda 2002-ci ildə Kiprdə və Almaniyada çıxış etmişdir və fəxri fərmanlara layiq görülmüşdür. TŞ 2003-cü il oktyabr ayında Sumqayıt şəhərində keçirilən «Şəhər günü» tədbirində Universitetin xüsusi stenti ilə Universiteti təmsil etmişdir. TŞ AZTV-nin «Gənclik» redaksiyası ilə sıx əməkdaşlıq etmiş, Tələbə kulubu verilişində dəfələrlə fəal iştirakçı olmuşdur.