Sumqayıt Dövlət Universitetinin
Tələbə Şurasının
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
- Sumqayıt Dövlət Universitetinin Tələbə Şurası (bundan sonra SDU-nun Tələbə Şurası) tələbə özünüidarəetmə orqanıdır.
- SDU-nun Tələbə Şurası SDU-nun rektorluğu (bundan sonra «Rektorluq») nəzdində yaradılan məşvərətçi qurumdur.
- SDU-nun Tələbə Şurası demokratik tələbə özünüidarəetmə sisteminin effektiv fəaliyyət göstərməsi, SDU-nun rektorluğu (bundan sonra «Rektor») və tələbələr arasında sıx əlaqə yaratmaq, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli
(o cümlədən sosial) müdafiəsi, onlarda təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı özfəaliyyətin inkişafı, tədris prosesinin və elmi işin təşkili sahəsində müsbət təcrübənin ümumiləşdirilib yayılması, tədris prosesində neqativ halların qarşısının alınması, ali təhsil müəssisəsində əmək
və tədris intizamının gücləndirilməsi, ali məktəbin ölkənin sosial-iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi məqsədilə yaradılır.
SDU-nun Tələbə Şurası universitetin rektoru qarşısında məsuliyyət daşıyır. SDU-nun Tələbə Şurasının sədri ayda bir dəfə rektora Tələbə Şurasının fəaliyyəti haqqında məlumat verir.
II. Tələbə Şurasının əsas məqsəd və vəzifələri
- SDU-nun Tələbə Şurası öz fəaliyyətində Tələbə Şurası haqqında SDU-nun Əsasnaməni, rektorun qərarlarını və bu Nizamnaməni rəhbər tutur.
- SDU-nun Tələbə Şurası öz səlahiyyəti çərçivəsində:
- SDU-nun fakültələrinin (bundan sonra «Fakültə») Tələbə Şurasına rəhbərlik edir;
- Tələbələr arasında sorğular keçirir, onların fikir və istəyini öyrənib Rektora təqdim edir;
- Tədrisin təşkili və tələbələrlə bağlı olan rektorluğun normativ aktlarını tələbələrlə izah edir və onların həyata keçirilməsində iştirak edir;
- Tələbə elmi konfransları, seminarları və başqa tədbirlərdə iştirak edir;
- Tələbələrin hüquqlarını və maraqlarını hərtərəfli (o cümlədən sosial) müdafiə edir;
- SDU-da təqaüdlərin (o cümlədən ali təqaüdlərin) təyin edilməsi və verilməsində iştirak edir;
- Tədris prosesinin daha da təkmilləşməsinə, onun keyfiyyətinin yüksəldilməsinə və elmi inkişaf etdirilməsi üçün lazım olan maddi-texniki bazanın yaxşılaşmasına dair təkliflər verir;
- Tədris planının yerinə yetirilməsinə kömək edir;
- Yoxlama-imtahan sessiyasının obyektivliyinin təmin edilməsi;
- Aşkar edilmiş neqativ hallar haqqında fakültələrin dekanlığına (bundan sonra «Dekanlıq»), rektorluğa məlumat verir;
- SDU-nun qayda qanununa riayət olunmasına kömək edir;
- Qayda qanunun pozulmasına imkan verən səbəbləri və şəraiti aradan qaldırmaq barədə təkliflər verir;
- Rektorluq və dekanlıqlarla sıx əlaqə yaratmasına köməklik edir;
- Tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün tədbirlər keçirir;
- SDU-nun Elmi Şurasında müzakirə olunan mövzular haqqında tələbələrə məlumat verir;
- SDU-nun digər tələbə təşkilatları ilə birlikdə ümumi Tələbə Şurasının iclasını keçirir. İclasın qərar və təkliflərini rektora təqdim edir.
III. SDU-nun Tələbə Şurasının tərkibi və təşkilatı quruluşu:
- SDU-nun Tələbə Şurasının tərkibinə fakültə Tələbə Şuralarının nümayəndələri (o cümlədən fakültə Tələbə Şuralarının sədrləri) daxil olurlar. SDU-nun Tələbə Şurasının nümayəndəlik norması mütənasiblik prinsipi əsasında rektor tərəfindən müəyyən edilir;
- SDU-nun Tələbə Şurasının ümumi tərkibi rektor tərəfindən təsdiq edilir.
- SDU-nun Tələbə Şurası öz iclasını ayda 1 dəfə, lazım olduğu halda növbədənkənar keçirə bilər. SDU-nun Tələbə Şurasının iclası onun üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. SDU-nun Tələbə Şurasının qərarı açıq və ya gizli səsvermə yolu ilə iclasında iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur;
- SDU-nun Tələbə Şurasına sədr başçılıq edir; SDU-nun Tələbə Şurasının üzvləri tərəfindən açıq səsvermə yolu ilə seçilir. SDU-nun tələbə şurasının sədri ali təhsil müəssisəsinin Elmi Şurasının tərkibinə daxil olur.
- Tələbə Şurasının sədri;
- Tələbə Şurasının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və sərəncamverici funkisyalar daşıyır;
- Tələbə Şurasını təmsil edir və onun adından çıxış edir;
- Tələbə Şurasının iclaslarına rəhbərlik edir;
- Tələbə Şurasının qərarlarının icrasını təmin edir;
- Üzərinə qoyulan digər funkisyaları həyata keçirir.
3.6. SDU-nun Tələbə Şurasının sədri aşağıdakı hallarda öz vəzifəsindən azad edilir;
- SDU-nun Tələbə Şurasının etimadını itirdikdə;
- SDU-dan xaric olduqda;
3.6.3.Özü imtina etdikdə;
- SDU-nun Tələbə Şurası nəzdində müvafiq işçi komissiyalar yaradılır. Bu komissiyaların tərkibləri, vəzifələri və iş qaydaları SDU-nun Tələbə Şurası tərəfindən müəyyən edilir;
- SDU-nun Tələbə Şurası fəaliyyətinə rektorluq şəraiti yaradır;
- SDU-nun Tələbə şurası öz fəaliyyəti barədə müntəzəm olaraq rektorluğa məlumat verir;
- SDU-nun Tələbə Şurası fakültələrdə öz səlahiyyətlərini fakültə Tələbə Şuraları vasitəsilə həyata keçirir;
- Fakültə Tələbə Şurası fakültə tələbə özünüidarəetmə orqanıdır. Fakültə Tələbə Şurası dekanlıq nəzdində məşvərətçi qurumdur.
- Fakültə Tələbə Şurası SDU-nun Tələbə Şurası qarşısında məsuliyyət daşıyır. Tələbə Şurası öz fəaliyyətində SDU-nun Tələbə Şurasının qərarlarını rəhbər tutur.
- Bu nizamnamənin 2.2.2, 2.2.5, 2.2.6, 2.2.7, 2.2.9, 2.2.10, 2.2.11, 2.2.12, 2.2.15 və 2.2.16-cı bəndlərində göstərilmiş səlahiyyətlərlə yanaşı fakültə Tələbə Şurası:
- Tələbələr arasında sorğular keçirir, onların fikir və istəyini öyrənib fakültə dekanına (bundan sonra «Dekan») təqdim edir;
- Tədrisin təşkili və tələbələrlə bağlı olan dekanlığın qərarlarını tələbələrə izah edir və onların həyata keçirilməsində fəal iştirak edir.
- Aşkar edilmiş neqativ hallar haqqında dekanlığa, rektora və SDU-nun Tələbə şurasına dərhal məlumat verir;
- Fakültədə qayda qanuna riayət olunmasına kömək edir.
- Dekanlığa tələbələrlə sıx əlaqə yaratmaqda köməklik edir;
- SDU-nun Tələbə Şurasına nümayəndələr seçir;
- SDU-nun Tələbə Şurasının digər tapşırıqlarını yerinə yetirir.
- Fakültənin digər tələbə təşkilatları ilə birlikdə fakültə Tələbə Şurasının iclasını keçirir. İclasın qərar və təkliflərini SDU-nun Tələbə Şurasına təqdim edir.
3.15. Fakültə Tələbə Şurasının tərkibi və təşkilati quruluşu:
3.15.1.Fakültə Tələbə Şurasının tərkibinə fakültə qrup nümayəndələri (o cümlədən qrup başçıları) daxil olurlar. Fakültə Tələbə Şurasının nümayndəlik norması mütanasiblik prinsipi əsasında müəyyən edilir;
3.15.2.Fakültə tələbə Şurasının ümumi tərkibi SDU-nun Tələbə Şurası tərəfindən təsdiq edilir. Fakültə tələbə Şurasının səlahiyyət müddəti 1 ildir;
3.15.3.Fakültə Tələbə Şurası öz iclasını ayda 1 dəfə, lazım olduğu halda növbədənkənar keçirə bilər. Fakültə Tələbə Şurasının iclası onun üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdik-də səlahiyyətlidir. Fakültə Tələbə Şurasının qərarı açıq və ya gizli səsvermə yolu ilə iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur;
3.15.4. Fakültə Tələbə Şurasına sədr başçılıq edir; sədr fakültə Tələbə Şurası tərəfin-dən gizli səsvermə yolu ilə 1 il müddətinə seçilir. Heç kəs iki dəfədən artıq ardıcıl fakültə Tələbə Şurasının sədri seçilə bilməz. Fakültə Tələbə Şurasının sədri SDU-nun Tələbə Şurasının və fakültə Elmi Şurasının tərkibinə daxil olur;
3.15.5. Fakültə Tələbə Şurasının sədri aşağıdakı hallarda öz vəzifəsindən azad edilir;
3.15.5.a) Fakültə Tələbə Şurasının etimadını itirdikdə;
3.15.5.b) SDU-nun Tələbə Şurasının tərkibindən xaric edildikdə; 3.15.5.v) Özü imtina etdikdə; 3.15.5.q) SDU-dan xaric edildikdə;
- Fakültə Tələbə Şurası nəzdində müvafiq işçi qruplar yaradır;
- Fakültə Tələbə Şurasının fəaliyyətinə dekanlıq şərait yaradır;
3.15.8. Fakültə Tələbə Şurası öz fəaliyyəti barədə müntəzəm olaraq dekanlığa məlumat verir;
- Fakültə Tələbə Şurası fakültə qruplarında öz səlahiyyətlərini qrup başçıları vasitəsilə həyata keçirir.
- Qrup başçısı ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu qrup tələbələri tərəfindən seçilmiş və rektorun əmri ilə təsdiq edilmiş qrup tələbələrinin səlahiyyətli rəhbəridir. Qrup başçısı tələbə qurumları və təşkilatlarında başqa ictimai vəzifə tuta bilməz. Qrup başçısı fakültə Tələbə Şurasının tərkibinə daxil ola bilər.
- Birinci kursun ilk semestrində qrup başçısını dekan təyin edir.
- Qrup başçısının seçkisi:
- Qrup başçısının seçkisi SDU-nun Tələbə Şurası tərəfindən dekanın iştirakı ilə keçirilir.
- Qrup başçısı seçkisində qrup tələbələrinin ən azı 2/3 hissəsi iştirak etməlidir;
- Qrup başçısı vəzifəsinə namizədlər tələbələr tərəfindən irəli sürülür;
- Seçkidə iştirak edən tləbələrin yarıdan çoxunun səsini toplamış namizəd qrup başçısı seçilir;
- Heç bir namizəd lazımi səs çoxluğu toplamırsa, ən çox səs yığmış iki namizəd arasında seçkinin ikinci mərhələsi keçirilir; bu mərhələdə sadə səs çoxluğu toplayan şəxs qrup başçısı seçilir;
3.19.6. Səslər bərabər olduqda qrup başçısı SDU-nun Tələbə şurası tərəfindən müəyyən edilir;
3.20. Qrup başçısı aşağıdakı hallarda öz vəzifəsindən azad edilir;
- Qrupu tərk etdikdə;
- Vəzifəsindən özü imtina etdikdə;
- Qrupun etimadını itirdikdə;
- Öz vəzifəsini icra edə bilmədikdə.
3.21. Tələbələr qrup başçısına etimadsızlığı onun yerinə digər şəxsi seçməklə bildirirlər.
5 3.22. Qrup başçısı öz səlahiyyəti çərçivəsində:
- Qrupu təmsil edir, onun adından danışır və müraciət edir;
- Qrupun işlərinə rəhbərlik edir;
- Qrup tələbələrinin hüquq və maraqlarını müdafiə edir;
- Qrupda nizam-intizamı qoruyur;
- Dekanlıqda sıx əməkdaşlıq edir və ona idarəetmədə kömək edir;
- Davamiyyət jurnalına görə məsuliyyət daşıyır və tələbələrin davamiyyətinə nəzarət edir;
- Fakültə Tələbə Şurasının tapşırıqlarını yerinə yetirir.
IV. Tələbə Şurasımn fəaliyyətinin təşkili, əmlakı,
- Tələbə Şurasının fəaliyyət göstərməsi üçün SDU-nun rəhbərliyinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq Tələbə Şurasının əmlakı hesab edilir.
- Tələbə Şurasının maliyyə fəaliyyəti SDU-nun rəhbərliyinin ayırdıqları maliyyə, həmçinin sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.
- Tələbə Şurasının həyata keçirəcək tədbirlər üçün layihə ilə çıxış edir. Yalnız bu təklif bəyənildikdən sonra onun maliyyələşdirilməsi SDU-nun rəhbərliyi tərəfindən həyata keçirilir.
V. Təhbə Şurasının fəaliyyətinə xitam verilməsi.
5.1. Tələbə Şurasının fəaliyyətinə, onun yenidən təşkili və ya ləğv edilməsinə SDU-nun rektorluğun müvafiq qərarı ilə xitam verilir. VI. Yekun müddəalar
- Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunveçiriciliklə tənzimlənir.
- Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.